“Hazırda yalnız bu gün üçün yaşayıram” - Neymar karyerasını nə vaxt bitirəcək?

00:00 Dünya futbolu 80
“Hazırda yalnız bu gün üçün yaşayıram” - Neymar karyerasını nə vaxt bitirəcək?

“Barselona” və PSJ kimi klublardakı çıxışı ilə tanınan, hazırda isə vətəni Braziliyada “Santos”un şərəfini qoruyan 34 yaşlı hücumçu Neymar gələcək karyerası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Caze TV”-yə danışan braziliyalı futbolçu, hələ nə olacağını bilmir və dekabrda butslarını “mismardan asmaq” ehtimalını istisna etmir:

“Hazırda yalnız bu gün üçün yaşayıram. 2026-cı il mənim, “Santos” və Braziliya millisi üçün həqiqətən həlledici olacaq”.

Neymarın “Santos”la müqaviləsinin müddəti bu ilin sonuna qədərdir.

Braziliya millisi bu ilin yayında dünya çempionatında iştirak edəcək və Neymarın da yığma komandaya dəvət alacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 03:10 AFFA-da sədr dəyişdi