“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma, Lionel Messi ilə PSJ-də oynadığı zamanları xatırlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun tarixin ən yaxşılarından biri olduğunu söyləyib:
“Bu, fantastik idi. Messi tarixin ən yaxşılarından biridir. Onun futbol bacarıqlarından əlavə, insan kimi nə qədər gözəl olmasına təəccübləndim.
Messi həqiqətən də möhtəşəm bir xarakterə malikdir və inanılmazdır. Onunla oynadığım xatirələri həyatımın ən yaxşı anlarından biri kimi əziz tutacam”.
Hər iki futbolçu 2021-ci ildən PSJ-də çıxış edib. Messi 2023-cü ildə Paris klubundan “İnter Mayami”yə, Donnarumma isə 2025-ci ildə “Mançester Siti”yə keçib.

