Türkiyə klubu pley-off mərhələsində mübarizəyə başlayır - Konfrans Liqasında bu gün

19 Fevral 18:20 Dünya futbolu 435
Türkiyə klubu pley-off mərhələsində mübarizəyə başlayır - Konfrans Liqasında bu gün

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni günə nəzərdə tutulub.

Türkiyə təmsilçisi "Samsunspor" Şimali Makedoniyada "Şkendiya"nın qonağı olacaq.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev isə "KuPS" (Finlandiya) – "Lex" (Polşa) qarşılaşmasını idarə edəcək.

Pley-offun cavab qarşılaşmaları fevralın 26-da keçiriləcək.

21:45. "Zrinski" (Bosniya) – "Kristal Pelas" (İngiltərə)

21:45. "Noah" (Ermənistan) – "Alkmaar" (Niderland)

21:45. "Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə)

21:45. "KuPS" (Finlandiya) – "Lex" (Polşa)

00:00. "Yagielloniya" (Polşa) – "Fiorentina" (İtaliya)

00:00. "Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə)

00:00. "Drita" (Kosovo) – "Selye" (Sloveniya)

00:00. "Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA