“Sənin başında problem var, belə təxribatlar ona təsir etməz”

12:00 Dünya futbolu 105
“Sənin başında problem var, belə təxribatlar ona təsir etməz”

“Real”ın sabiq yarımmüdafiəçisi Uesli Sneyder UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” – “Real” (0:1) oyununda baş verən qalmaqala münasibət bildirib.

Qarşılaşmanın son dəqiqələrində “Benfika”nın müdafiəçisi Nikolas Otamendi Vini­sius Juniora 2022-ci ildə Argentina millisi ilə qazandığı dünya çempionatına aid tatunu göstərərək, onu təxribata çəkməyə çalışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Sneyder bu hərəkəti sərt tənqid edib:

“0:1 hesabı ilə uduzduğun oyunda bunu edirsən? Sənin başında problem var. Bu, çox uşaqcasınadır.

Mən Vini­siusun yerində olsaydım, deyərdim ki, “dostum, həmin dünya çempionatını sən yox, Lionel Messi qazandı. Bununla sənin bir əlaqən yoxdur”.

O, həmçinin, bildirib ki, Vini­sius “Real”la dəfələrlə Çempionlar Liqasını və La Liqanı qazanıb, belə təxribatlar ona təsir etməz:

“Düzünü desəm, bunu səhv adama qarşı edirsən. Bəlkə, başqalarına təsir edərdi, amma Vini­siusa yox”.

Otamendinin göstərdiyi tatuda dünya çempionluğu və Lionel Messinin təsviri əks olunub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!