“Mourinyonun rəhbərliyi altında bütün potensialımı ortaya qoya bilərdim”

18:40 Dünya futbolu 113
“Mourinyonun rəhbərliyi altında bütün potensialımı ortaya qoya bilərdim”

“Roma”nın sabiq kapitanı Françesko Totti, komandanın keçmiş baş məşqçisi, hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyo ilə işləmədiyinə görə peşman olduğunu etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Düşünürəm ki, Mourinyonun rəhbərliyi altında bütün potensialımı ortaya qoya bilərdim. Çünki mənə deyilib ki, o, açıq insandır və oyunçularına meydanda əylənməyə imkan verir.

O, əla məşqçidir. Bu qədər tanınmış oyunçu olduqda, onları sadəcə məşq etdirmək deyil, idarə etməyi də bacarmalısan”.

Mourinyo 2021-2024-cü illərdə “Roma”ya rəhbərlik edib. İtaliya komandasının hazırkı baş məşqçisi Can Pyero Qasperinidir. Komanda hazırda A Seriyasında 5-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti