“Ayaks”ın və Ukrayna millisinin müdafiəçisi Oleksandr Zinçenko aldığı zədə ilə bağlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesabında emosional paylaşım edərək, mövcud vəziyyətin onun üçün çox ağır olduğunu bildirib:
“Özümü boşluqda hiss edirəm. Hələ də başa düşə bilmirəm ki, hər şey necə belə oldu. Bu möhtəşəm klubda ilk günlərdən yenidən futboldan zövq almağa başlamışdım və meydanda səmimi şəkildə gülümsəyirdim.
Klub qarşısında məsuliyyət hiss edirəm və üzr istəyirəm. Amma təəssüf ki, belə hallar hər zaman bizdən asılı olmur.
Bu çağırışı qəbul edirəm və həyatımda ən vacib olan insanlarla – ailəmlə birlikdə bu sınaqdan keçəcəm. Ən qısa zamanda qayıdıb daha güclü olacağıma söz verirəm”.
“Ayaks” daha əvvəl Zinçenkonun mövsümün sonuna qədər sıradan çıxdığını açıqlayıb.

