“Bu, başıma gələn ən yaxşı şeydir” - Onun milliyə gəlişi haqda

00:10 Dünya futbolu 64
“Bu, başıma gələn ən yaxşı şeydir” - Onun milliyə gəlişi haqda

“Real”ın hücumçusu Vinisius Junior Braziliya millisində Karlo Ançelotti ilə işləməkdən danışıb.

İtaliyalı mütəxəssis ötən ilin iyununda Braziliya millisinin baş məşqçisi təyin olunub. Bundan əvvəl o, dörd il “Real”ı çalışdırıb və həmin dövrdə də Vinisiusla birlikdə işləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Ançelottinin onlara çox yaxşı münasibət göstərdiyini bildirib:

“Ançelottinin Braziliya millisinə gəlişi? Bu, başıma gələn ən yaxşı şeydir. O, bizə çox yaxşı münasibət göstərir və oyunçularla əlaqə qurmağı mükəmməl bacarır.

Ümid edirəm ki, onunla birlikdə dünya çempionatını qazanacağıq. Karlo tez-tez mənə zəng edir və deyir: “Bilirsən ki, biz dünya çempionu olacağıq, elə deyil?”

Braziliya millisi 2026-cı il dünya çempionatında Şotlandiya, Mərakeş və Haiti yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq