Futbolçuların transfer dəyərinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış portal olan “Transfermarkt”, Avropanın yüksək liqalarında ən çox maaş alan oyunçuların siyahısını dərc edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın iki oyunçusu – Kilian Mbappe və Vinisius Junior ilk beşlikdə yer alıb.
“Mançester Siti”nin hücumçusu Erlinq Haland 31,6 milyon avro maaşla siyahıda birinci yeri tutub.
Avropanın top-5 liqasında ən çox maaş alan 5 futbolçunun sıralaması belədir:
1. Erlinq Haland (“Mançester Siti”) – 31,6 milyon avro
2. Kilian Mbappe (“Real”) – 31,3 milyon avro
3. Harri Keyn (“Bayern”) – 25 milyon avro
4. Vinisius Junior (“Real”) – 25 milyon avro
5. Məhəmməd Salah (“Liverpul”) – 24,1 milyon avro

