Kriştiano Ronaldo “Əl-Nəsr”də boykotdon sonrakı ilk qolunu vurub.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Fateh”ə qarşı oyunun 18-ci dəqiqəsində Sadio Manenin ötürməsini qapıya göndərərək hesabı 1:0 edib.
Matç 2:0 hesabı ilə "Əl-Nəsr"in xeyrinə başa çatıb. Bu, klubun çempionatdakı ardıcıl 7-ci qələbəsi olub.
Daha əvvəl hücumçu Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) tərəfindən “Əl-Nəsr”in rəqiblərlə müqayisədə idarə olunmasından narazı qaldığı üçün üç oyunu buraxmışdı.
Bu qol 41 yaşlı Ronaldonun karyerasında 962-ci qol olub. 820-ni klub səviyyəsində, 142-ni isə Portuqaliya millisinin heyətində vurub.

