Joze Mourinyo karyerası boyunca onu ən çox inkişaf etdirən oyunçunun Lionel Messi olduğunu deyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni komandada Messi ilə yolları heç vaxt kəsişməyən portuqaliyalı mütəxəssis, bunu rəqib olaraq qarşılaşdığı oyunlarda öyrəndiklərinə əsasən bildirib:
“Hansı oyunçu mənə məşqçi kimi ən çox kömək edib? Messi.
Hər dəfə onunla qarşılaşanda diqqətimi yalnız ona yönəltməli olur və çox düşünməli oluram”.
Mourinyo “Portu”, “Çelsi”, “İnter”, “Mançester Yunayted”, “Fənərbaxça” və “Real” kimi komandalarda çalışıb. O, hazırda “Benfika”ya rəhbərlik edir.

