“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi keçmiş komanda yoldaşı Kriştiano Ronaldonu Lionel Messi ilə müqayisə edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçudan daha çox Messiyə üstünlük verdiyini deyib və seçiminin səbəbini belə izah edib:
“Mən Ronaldonu sevirəm, amma düşünürəm ki, Messi daha yaxşıdır. Çünki onun oyununu izləməkdən daha çox zövq alıram.
Ən yaxşı dövründəki Messi indiyə qədər gördüyüm ən yaxşı futbolçudur”.
Ronaldo hazırda “Əl-Nəsr”də, Messi isə “İnter Mayami”də oynayır.

