“Benfika”nın baş məşqçisi Joze Mourinyo komandasının zəif oyunları ilə bağlı sualları cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi onun üçün oyunun gözəlliyinin yox, nəticələrin əsas olduğunu bildirib:
“Bizim Kilian Mbappe, Vinisius və ya, Lamin Yamalımız yoxdur. Bizim bir komandamız var və onlar bir komanda kimi oynayır,
bəlkə də o qədər də parlaq deyil. Amma əla oyun olmadan belə, qalib gəlmək olar”.
“Benfika” hazırda Portuqaliya Premyer Liqasında 3-cü yerdədir.

