Sabiq hücumçu Messi və Ronaldo haqda nə açıqlama verdi?

21 Dekabr 2025 20:50 Dünya futbolu 963
Sabiq hücumçu Messi və Ronaldo haqda nə açıqlama verdi?

İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo Kriştiano Ronaldonun və Lionel Messinin çıxışını şərh edib, onların karyeralarını zirvədə bitirmək istəyini vurğulayıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, o, belə səviyyəli oyunçular üçün karyeranı başa vurmağın həmişə çətin olduğunu bildirib:

“Ronaldo və Messi möhtəşəm göstəricilər əldə ediblər. Karyeranı bitirməyin ən yaxşı yolu isə “trofey” (bütün turnirlərdə uğur əldə etmək) qazanmaqdır.

Kriştianonun xarakterini nəzərə alsaq, düşünmürəm ki, o, artıq son sözünü deyib”.

40 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 38 yaşındakı Messi isə ABŞ-ın MLS liqasındakı “İnter Mayami” klubunun şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü