Tanınmış braziliyalı müdafiəçi 41 yaşında Avropaya qayıtdı, 6 aylıq müqavilə imzaladı - RƏSMİ

00:10 Dünya futbolu 69
Tanınmış braziliyalı müdafiəçi 41 yaşında Avropaya qayıtdı, 6 aylıq müqavilə imzaladı - RƏSMİ

"Fluminense"dən ayrılan Tiaqo Silva Avropaya qayıdıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.

Silva "Portu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Tərəflər istəsələr, sözləşmənin müddətini daha 1 il uzada bilərlər.

Tiaqo Silva daha əvvəl "Milan", PSJ, "Çelsi", "Dinamo" (Moskva) kimi klublarda çıxış edib.

Braziliya millisinin üzvü 2024/2025 mövsümünün ikinci yarısında "Portu"nun formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi