Fransa millisinin baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanından təklif ala bilər.
Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisə milli komandanı 2034-cü il dünya çempionatına hazırlamaq üçün müddəti 8 il olan müqavilə təklif edilə bilər.
Səudiyyə Ərəbistanı rəhbərliyi mundialda medal qazanmaq ümidindədir.
Əvvəlki xəbərlərdə bildirilirdi ki, Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisindəki postunu tərk edəcək.
Fransalı mütəxəssis 2012-ci ildən ölkəsinin milli komandasını çalışdırır və onun rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu olub.

