Bruno Fernandesin birlikdə oynadığı ən yaxşı 5 futbolçunu tanıyın - Adları saydı

20 Dekabr 2025 21:40 Dünya futbolu 850
Bruno Fernandesin birlikdə oynadığı ən yaxşı 5 futbolçunu tanıyın - Adları saydı

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes karyerası boyunca birlikdə oynadığı ən yaxşı beş futbolçudan ibarət heyət tərtib edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Portuqaliya millisində sabiq komanda yoldaşı Pepeni yeganə müdafiəçi olaraq seçib.

“Qırmızı şeytanlar”ın sabiq oyunçuları Xuan Mata və Pol Poqba yarımmüdafiə dueti olub,

Kriştiano Ronaldo və Antonio Di Natale isə hücum mövqelərini tutub. “Mançester Yunayted”in hazırkı oyunçularından heç biri heyətə daxil edilməyib.

Fernandes 2020-ci ilin əvvəlindən “Mançester Yunayted”də çıxış edir. Futbolçu İngiltərə klubuna keçməzdən əvvəl “Sportinq”, “Sampdoriya”, “Udineze” və “Novara”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü