“Hamı bilir ki, mən Avropaya qayıtmağı arzulayıram, tezliklə qərar veriləcək”

20 Dekabr 2025 15:40 Dünya futbolu 814
“Hamı bilir ki, mən Avropaya qayıtmağı arzulayıram, tezliklə qərar veriləcək”

Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Filipe Luis özünü Avropa futbolunda sınamaq niyyətində olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Müqavilənin uzadılmasını müzakirə edirik. Amma hamı bilir ki, mən Avropaya qayıtmağı arzulayıram.

Növbəti addımlarımla bağlı tezliklə qərar veriləcək”.

Luis 2024-cü ilin sentyabr ayından bəri “Flamenqo”ya rəhbərlik edir. Futbolçu olduğu müddətdə o, “Atletiko”, “Çelsi”, “Ayaks” kimi klublarda çıxış edib.

Onun “Flamenqo” ilə müqaviləsinin müddəti bu ayın sonunda bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü