2025-ci il üçün ən yaxşı qapıçının adını açıqladı

20 Dekabr 2025 10:00 Dünya futbolu 717
2025-ci il üçün ən yaxşı qapıçının adını açıqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

26 yaşlı “əlcək sahibi” 169 xalla birinci olub. “Real”dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), “İnter”dən (İtaliya) Yann Sommer üçüncü (59), “Bayern”dən (Almaniya) Manuel Noyer dördüncü (50) və “Arsenal”dan (İngiltərə) David Raya beşinci (40) olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!