Ronaldo Ronaldo haqda söylədi: “Çox təkəbbürlüdür”

12 Noyabr 2025 00:20 Dünya futbolu 561
Ronaldo Ronaldo haqda söylədi: “Çox təkəbbürlüdür”

“Real Madrid” və Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonu tənqid edib.

Sportinfo.az xəbər verir ki, onun açıqlamasını “Footmercato” yayıb.

“Bəzi insanlar çox təkəbbürlüdür. Özüm haqqında danışmağıma yox, başqalarının mənim haqqımda danışmasına üstünlük verirəm.

O, tarixin ən yaxşı oyunçularından biridir, amma o, ən yaxşısıdır? Razı deyiləm. Amma onun fikrinə hörmət edirəm. Hətta deyərdim ki, Kriştiano ilk onluqdadır”, - o bildirib.

Kristiano Ronaldo beşqat “Qızıl top”un qalibi və 2016-cı ilin Avropa çempionudur. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə klub üçün 11 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR