“Yenidən işləyəcəm və qayıdışım çox yaxında, çox tez olacaq”

11 Noyabr 2025 18:40 Dünya futbolu 456
“Yenidən işləyəcəm və qayıdışım çox yaxında, çox tez olacaq”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yaxın zamanda yenidən məşqçiliyə qayıdacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis bu barədə “Le Parisien” nəşrinə danışıb:

“Mən hələ də məşqçiyəm və yenidən işləyəcəm. Qayıdışım çox yaxında, çox tez olacaq”.

53 yaşlı mütəxəssis 2016–2021-ci illər arasında “Real”a rəhbərlik etdiyi dövrdə böyük uğurlar qazanmışdı.

Madridlilər həmin dövrdə 2 dəfə İspaniya çempionatının, 3 Çempionlar Liqasının, 2 UEFA superkubokunun, 1 dəfə isə Klublararası dünya çempionatının qalibi olub.

Fransada uzun müddətdir Zidanın milli komandanın başına keçəcəyi barədə söz-söhbətlər dolaşır.

Hazırkı baş məşqçi Didye Deşamla yığma dünya çempionluğu və gümüş medal qazansa da, son illərdə nəticələrdə eniş müşahidə olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu