Məşhur futbol adamı növbəti dəfə bu klubun prezidenti seçildi

10:20 Dünya futbolu 73
Məşhur futbol adamı növbəti dəfə bu klubun prezidenti seçildi

“Fiorentina”, “Milan” və Portuqaliya millisinin sabiq futbolçusu Ruy Koşta növbəti dəfə “Benfika”nın prezidenti seçilib.

Sportinfo.az xəbər verir ki, qərar klubun direktorlar şurası tərəfindən 8 noyabrda keçirilən seçkilərdə verilib.

Koşta 65,9 faiz səs toplayıb. Digər namizəd Joao Noronha Lopes isə cəmi 34,11 faiz səs yığa bilib.

Koşta bu vəzifəni növbəti dörd il ərzində tutacaq. O, bu vəzifəni 2021-ci ilin yayından bəri tutur.

“Benfika” Portuqaliya yüksək liqasının 11-ci turunda “Kasa Pia”nı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti