Lionel Messi futbol tarixində bunu edən ilk oyunçu oldu

00:10 Dünya futbolu 130
Lionel Messi futbol tarixində bunu edən ilk oyunçu oldu

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu olub.

Sportinfo.az xəbər verir ki, Messi bunu MLS-in 1/8 finalının üçüncü oyununda “Neşvil”ə qarşı görüşündə reallaşdırıb.

Matç ev sahibi komandanın xeyrinə 4:0 hesabı ilə başa çatdı.

Messi bir məhsuldar ötürmədən əlavə? iki qol da vurub. Messi ən çox məhsuldar ötürməni "Barselona"da edib (269).

O, Argentina millisində 60, "İnter Mayami"də 37 və PSJ-də 34 qolun vurulmasında səbəbkar olub.

"İnter Mayami" seriyada "Neşvil"ə qarşı 2:1 üstünlük yaradaraq, ¼ finala yüksəlib. Komanda növbəti turda "Sinsinnati" ilə oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 20:00 Çək və bizə göndər!