Dünyanın ən yaxşı qapıçısı mükafatına 10 namizəd onlardır - SİYAHI

7 Avqust 22:40 Dünya futbolu 399
Dünyanın ən yaxşı qapıçısı mükafatına 10 namizəd onlardır - SİYAHI

“France Football” jurnalı dünyanın ən yaxşı qapıçısı üçün təqdim olunan “Lev Yaşin” mükafatına namizədlərin siyahısını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalda bu nüfuzlu mükafata namizəd göstərilmiş 10 qapıçının adı yer alır:

Alisson Bekker (“Liverpul”)

Yassin Buno (“Əl-Hilal”)

Luka Şevalye (“Lill”)

Tibo Kurtua (“Real”)

Canluici Donnarumma (PSJ)

Emiliano Martines (“Aston Villa”)

Yan Oblak (“Atletiko”)

David Raya (“Arsenal”)

Matz Sels (“Nyukasl”)

Yan Sommer (“İnter”)

Mükafatın sahibi 22 sentyabrda, “qızıl top” (“Ballon d’Or”) mərasimi zamanı açıqlanacaq.

Mükafatın son sahibi Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinesdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu