“Qərarı məşqçilər heyəti verməlidir” - Milliyə qayıdışı mümkündürmü?

6 Avqust 10:20 Dünya futbolu 397
“Qərarı məşqçilər heyəti verməlidir” - Milliyə qayıdışı mümkündürmü?

Hazırda “Santos”da çıxış edən Neymar yenidən milli komandaya dəvət olunmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu həmişə ünsiyyətə açıq olduğunu bildirib:

“Hamı mənim üslubumu yaxşı tanıyır. Həmişə ünsiyyətə açığam. Qərarı isə məşqçilər heyəti verməlidir”.

Neymar sonuncu dəfə Braziliya millisində 2023-cü ilin payızında meydana çıxıb. Komanda həmin qarşılaşmada Uruqvay yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.

Hazırda Braziliya yığmasında baş məşqçi vəzifəsini italiyalı mütəxəssis Karlo Ançelotti icra edir.

Onun komandasını sentyabrda DÇ-2026-nın seçmə mərhələsində Boliviya və Çili yığmalarına qarşı oyunlar gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu