Ərəbistan klubundan ayrılmaq istəyir - Tanınmış müdafiəçi

4 Avqust 2025 22:00 Dünya futbolu 471
Ərəbistan klubundan ayrılmaq istəyir - Tanınmış müdafiəçi

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laportun klubunu dəyişməsi gündəmdədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Avropaya qayıtmaq istəyir.

31 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində o, komandanın heyətində 69 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Laportun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti