“Təsəvvür edin, o, qalıb bunu etsəydi, necə olardı?”

01:30 Dünya futbolu 91
“Təsəvvür edin, o, qalıb bunu etsəydi, necə olardı?”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand PSJ-nin hücumçusu Osman Dembeleni “Real”ın forvardı Kilian Mbappedən daha üstün tutur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, Fransa klubunun baş məşqçisi Luis Enrikenin fəaliyyətini də yüksək qiymətləndirib:

“Biz Luis Enrikeyə təşəkkür etməliyik. O, Dembeleni potensiallı oyunçudan super ulduza çevirdi!

Gənclərdən böyüklərə – bütün komandalarında həmişə ən yaxşı hesab edilən elit oyunçuları sanki həyatları bundan asılıymış kimi işlətməsi özlüyündə dahilikdir.

Təsəvvür edin, Mbappe qalıb bunu etsəydi, necə olardı? Dembele indi ondan daha vacibdir.

İş etikası və uyğunlaşma bacarığı Dembeleni yeni səviyyəyə qaldırdı.

Bu, əla idarəçilikdir, cənab Enrike. Dembeleni indi sanki Useyn Bolt səviyyəsində yarışa başlayırmış kimi pressinq fürsəti gözləyir.

Bu, onun karyerasını dəyişdi və “qızıl top”u qazansa, gənc oyunçular üçün nümunə olacaq”.

Parislilər Klublararası dünya çempionatının yarımfinalında “Real”ı məğlub edib (4:0).

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!