
İspaniya millisinin və “Real”ın sabiq futbolçusu, hazırda Meksikanın “Monterrey” komandasında çıxış edən Serxio Ramos “qızıl top” mükafatının bu il kimə verilməli olduğu haqda fikirlərini bölüşüb.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, Ramosun fikrincə, bu prestijli mükafata ən layiqli futbolçu Kilian Mbappedir:
“Mən bu mükafatı hər zaman Mbappeyə verərdim. O, ötən mövsümdə əla nəticələr göstərdi.
Çoxlu qol vurdu, “qızıl buts” mükafatını qazandı. Amma “Real” titullar qazana bilmədi. Buna baxmayaraq, bu mükafatı kimin alacağını tam əminliklə söyləmək olmaz”.
26 yaşlı fransalı forvard son mövsümdə 56 oyunda meydana çıxaraq, 43 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.