
“Santos”un hücumçusu Neymarın atası Neymar da Silva oğlunun gələcək karyerası ilə bağlı mühüm açıqlamalar verib.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, o, Neymarın Braziliya klubunda qalmaq ehtimalının hələ də aktual olduğunu, ancaq eyni zamanda, Avropaya transfer variantlarının da nəzərdən keçirildiyini bildirib:
“Santos”la davam etmək real ehtimaldır. Hazırda danışıqlar aparıram və bu yöndə şans yüksəkdir.
Eyni zamanda, digər klublarla da ünsiyyətə açığıq. Bu həftə Mayamidə bir neçə görüş planlaşdırmışıq və mümkün təklifləri müzakirə edəcəyik”.
O, həmçinin, təsdiqləyib ki, Neymarla Çempionlar Liqasında çıxış edən Avropa klubları da maraqlanır. Bununla belə, Braziliyada davam etmək də ailə üçün cazibədar seçim olaraq qalır.
33 yaşlı hücumçu ötən mövsüm “Santos”un heyətində 14 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.