“Bavariya” Mülleri Arda ilə dəyişmək istədi, “Real” razı olmadı

15 Dekabr 2024 10:40 Dünya futbolu 642
“Bavariya” Mülleri Arda ilə dəyişmək istədi, “Real” razı olmadı

“Bavariya” “Real Madrid”in yarımmüdafiəçisi Arda Güləri transfer etmək istəyib.

Sportinfo.az “Defensa Central”a istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi “kral klubu”na oyunçu mübadiləsi təklif edib.

Alman klubu 19 yaşlı Ardanı 35 yaşlı Tomas Müllerlə dəyişmək istəyib. Lakin “Real”ın prezidenti Florentina Peres bu təklifi rədd edib.

Arda Gülər ​​bu mövsüm klubla birgə bütün turnirlərdə 18 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti