“Barselona”ya “YOX” cavabı verdi - “Çelsi”nin hücumçusu

00:00 İngiltərə 105
“Barselona”ya “YOX” cavabı verdi - “Çelsi”nin hücumçusu

“Çelsi” hücumçusu Joao Pedro ilə bağlı “Barselona”nın marağına qəti cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu “Barselona”ya açıq şəkildə braziliyalı forvardla bağlı heç bir danışığa başlamaq niyyətində olmadığını bildirib.

“Çelsi” rəhbərliyi Pedronu layihənin əsas fiqurlarından biri kimi görür və onun satışını istisna edir. Bildirilir ki, təklif ediləcək məbləğin heç bir əhəmiyyəti yoxdur.

24 yaşlı hücumçu “Çelsi”yə ötən yay “Brayton”dan transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2033-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti