“Ronaldonun oyunundan həzz aldığımıza görə hamımız çox şanslıyıq”

9 Aprel 2024 21:40 Dünya futbolu 759
“Ronaldonun oyunundan həzz aldığımıza görə hamımız çox şanslıyıq”

Portuqaliya millisinin və “Barselona”nın hücumçusu Joao Feliks həmyerlisi Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, Feliks, Ronaldonun həm futbolda, həm də həyatda Portuqaliyada hamı üçün nümunə olduğunu söyləyib:

“Ronaldo həm futbolda, həm də həyatda Portuqaliyada hamı üçün nümunədir. Onun oyunundan həzz aldığımıza görə hamımız çox şanslıyıq”.

Ronaldo hazırda Səudiyyə Ərəbistanında – “Əl-Nəsr” klubunda çıxış edir. 39 yaşlı hücumçu bu mövsüm ölkə çempionatında 25 oyun keçirib, 29 qol vurub və 10 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur