Millinin sabiq kapitanı karyerasını yenidən bərpa etdi

22 Fevral 2024 15:20 Dünya futbolu 398
Millinin sabiq kapitanı karyerasını yenidən bərpa etdi

"Atletiko" (Madrid) və Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Qodin futbolçu karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu Uruqvayda "Poronqos" ilə müqavilə imzalayıb.

Qodin 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlamışdı.

Onun son komandası Argentinanın “Velez Sarsfild” klubu olmuşdu. O, 2010-cu ildən 2019-cu ilə qədər “Atletiko”da oynayıb.

Qodin Uruqvay millisinin heyətində ən çox oyun keçirən futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!