COP29

“Mən buna ağlayanlardan deyiləm, Messinin onu qazanması bir az ədalətsizlikdir”

4 Dekabr 2023 18:40 Dünya futbolu 943
“Mən buna ağlayanlardan deyiləm, Messinin onu qazanması bir az ədalətsizlikdir”

“İnter”in və Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder Lionel Messinin 2010-cu ildə “qızıl top”u layiqincə qazanmadığını deyib.

Sportinfo.az xəbər verir ki, Sneyder həmin ildə Messinin “qızıl top”u qazanmasının ədalətsizlik olduğunu bildirib:

“2010-cu ildə “qızıl top”a layiq görülməməyim və Messinin onu qazanması bir az ədalətsizlikdir.

Baxmayaraq ki, mən buna ağlayanlardan deyiləm. “Qızıl top” fərdi mükafatdır, amma mən komanda ilə kuboklar qazanmağa üstünlük verirəm”.

Sneyder 2010-cu ildə “qızıl top” mükafatı üçün səsvermədə ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"