Oteldən stadiona qədər Ronaldonun arxasınca qaçıblar - İranda

23 Sentyabr 01:30 Dünya futbolu 233
Oteldən stadiona qədər Ronaldonun arxasınca qaçıblar - İranda

Asiya Çempionlar Liqasının ilk oyununda Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nassr” İran "Persepolis”i ilə qarşılaşıb.

Kriştiano Ronaldonun komandası 2:0 hesablı qələbə qazanıb.

Matç tamaşaçısız keçirildiyindən "Persepolis" azarkeşləri və Ronaldonu görmək istəyənlər matçın keçirildiyi "Azadi" stadionunun ətrafında sözün əsl mənasında keşik çəkiblər.

Klublarını dəstəkləmək üçün himnlər və şüarlar səsləndirən "Persepolis” azarkeşləri məğlubiyyətdən sonra üzüldüyü halda, Ronaldosevərlər onu görmək ümidi ilə stadionun ətrafında və yol kənarında gözləyiblər.

Digər tərəfdən, Ronaldo azarkeşləri matçın başlamasına saatlar qalmış "Al-Nassr"ın yerləşdiyi otelin ətrafına toplaşaraq portuqaliyalı superulduzu görmək üçün uzun müddət gözləyiblər.

Ərəb klubunu daşıyan daşıyan avtobuslar oteldən çıxıb matçın keçiriləcəyi stadiona yola düşərkən uzun müddət maşınların arxasınca qaçıblar.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü yol boyu növbəyə düzülən azarkeşlər daha sonra avtobusların ardınca "Azadi" stadionuna gedib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"