"O, hazırda dünyanın ən yaxşı müdafiəçisidir"

13 Mart 2023 21:40 Dünya futbolu 360
"O, hazırda dünyanın ən yaxşı müdafiəçisidir"

“Napoli”nin baş məşqçisi Luçano Spaletti müdafiəçisi Kim Min Jae haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, cənubi koreyalı oyunçunu dünyanın ən yaxşı müdafiəçisi kimi dəyərləndirib:

“O, hazırda dünyanın ən yaxşı müdafiəçisidir. Hər oyunda ən azı 20 inanılmaz hərəkət edir.

Topu saxladıqdan sonra hərəkətə keçir və cəmi beş saniyəyə rəqibin cərimə meydançasına çata bilir”.

26 yaşlı futbolçu ötən ilin yayından Neapol təmsilçisinin formasını geyinir.

Cari mövsümdə o, “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti