“Düşüncə tərzimizi dəyişməli, motivasiyalı olmalı, qalib gəlməyi ürəkdən istəməliyik”

4 Fevral 2023 22:00 Dünya futbolu 360
“Düşüncə tərzimizi dəyişməli, motivasiyalı olmalı, qalib gəlməyi ürəkdən istəməliyik”

“Liverpul”un hücumçusu Darvin Nunyes klubun hazırkı durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, zədəli futbolçular haqda fikir bildirib:

“Bir neçə oyunda qalib gəldik. Sonra isə uduzduq. İndi biz ən yaxşı dövrümüzü yaşamırıq. Bəzi oyunçular zədəlidir.

Onlardan biri də Luis Diazdır. O, bizim üçün vacib oyunçudur. Oynadığı mövqedə çox önəmli fiqurdur.

Ümid edirəm ki, zədəli oyunçular tezliklə qayıdacaqlar və biz uğursuz seriyaya son qoyacağıq”.

Darvin Nunyes İngiltərə çempionatını rəqabətli liqa adlandırıb:

“Çoxlu qol imkanları yaradırıq, amma vura bilmirik. Matç zamanı düşüncə tərzimizi dəyişməliyik.

İngiltərə Premyer Liqası çox rəqabətli liqadır. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Ümid edirəm ki, həmin görüşlərdə daha yaxşı oynayıb qələbələr qazanacağıq.

İlk dördlüyə düşmək üçün şansımız var. Bu, bizdən və necə oynamağımızdan asılıdır. Motivasiyalı olmalı və qalib gəlməyi ürəkdən istəməliyik”.

Mersisayd təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 29 xalla 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”