"Başa düşdük ki, hər bir komanda ilə mübarizə apa bilərik"

12 Yanvar 2023 01:40 Dünya futbolu 329
"Başa düşdük ki, hər bir komanda ilə mübarizə apa bilərik"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022 haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, turnirin qrup mərhələsinin Səudiyyə Ərəbistanı ilə ilk matçını (1:2) xatırlayıb:

“Amerika kubokunu qazananda başa düşdük ki, hər bir komanda ilə mübarizə apa bilərik. Bununla bağlı heç bir şübhəmiz yox idi.

Hansısa komandanın bizi asanlıqla məğlub etməsinə imkan verməyəcəkdik. Uğur qazanmaqda iddialı idik.

Səudiyyə Ərəbistanına məğlubiyyətdən sonra bütün matçlarda qələbə qazanmağı hədəflədik”.

Argentina DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti