Paytaxt klubu "Ayaks"ın hücumçusunu transfer etdi

25 Fevral 00:28 Dünya futbolu 312
Paytaxt klubu "Ayaks"ın hücumçusunu transfer etdi

"Spartak" "Ayaks"ın hücumçusu Kvinsi Promesi transfer edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

Moskva təmsilçisi bu keçid üçün 8,5 milyon avro təzminat ödəyib. Daha 2,5 milyon avro isə bonuslar şəklində ödənilə bilər.

"Ayaks" 29 yaşlı forvardı 2019-cu ildə "Sevilya"dan 15,7 milyon avroya transfer etmişdi. Daha əvvəl "Spartak" 2014-cü ildə Promesi 11,5 milyon avroya "Tvente"dən almışdı.

Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi