Azərbaycan millisinin rəqibi ABŞ ilə qarşılaşacaq

26 Dekabr 2020 00:28 Dünya futbolu 377
Azərbaycan millisinin rəqibi ABŞ ilə qarşılaşacaq

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya ABŞ-da təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az xəbər verir ki, 2021-ci il yanvarın 21-də start götürəcək hazırlıq prosesi 11 gün davam edəcək.

Toplanış üçün millinin heyətinə yalnız yerli çempionatda oynayan futbolçular dəvət alacaq. Hazırlıq müddətində 2 yoldaşlıq matçı nəzərdə tutulub.

Rəqiblər ABŞ və Dominikan Respublikası yığmaları olacaq. Görüşlərin vaxtı hələ açıqlanmayıb.

Azərbaycan millisi A qrupunda Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar şəkildə oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti