
Sportinfo.az xəbər verir ki, Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə rəsmi müqavilə bağlayıb.
Döyüşçümüzün iyunun 21-də "UFC Baku Fight Night"da debüt edib-etməyəcəyi dəqiq bilinmir.
Ancaq hər bir halda, 35 yaşlı idmançı UFC-yə hazırlaşmaq üçün ötən gecə Tailanda uçub.
"UFC Fight Night" iyunun 21-də "Bakı Kristal Zalı"nda baş tutacaq.