“Prezident Kuboku-2025”in bağlanış mərasimindən FOTOLAR

3 May 10:20 Digər növlər 174
“Prezident Kuboku-2025”in bağlanış mərasimindən FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbirdə əvvəlcə qalib komandalara kuboklar təqdim edilib. Kayak və kanoe növündə Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan yığması kuboka sahib olub.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə müxtəlif şou-proqramlar, milli rəqs nümunələri, tanınmış müğənni Mərdan Kazımov və qrupunun canlı ifaları əsl bayram ab-havası yaradıb.

“Prezident Kuboku-2025” reqatasına atəşfəşanlıqla yekun vurulub.

Azərbaycan avarçəkənləri yarışı 1 qızıl, 7 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.





Digər Xəbərlər
Xəbər Lenti