Ölkəmizə gələn Türkiyə yığmasının baş məşqçisi dedi ki...

04:00 Digər növlər 152
Ölkəmizə gələn Türkiyə yığmasının baş məşqçisi dedi ki...

"Prezident Kuboku-2025" beynəlxalq reqatasında iştirak edən Türkiyə yığmasının baş məşqçisi Uğur Sevər yarış zamanı qardaş ölkədə olduqlarını ürəkdən hiss etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycanda möhtəşəm qonaqpərvərlik gördüyünü söyləyib:

"Bu, mənim ölkənizə ilk səfərimdir. Azərbaycanda bizi çox yaxşı qarşıladılar.

Könüllülər yarış ərazisində öz köməkliklərini göstərərək, çətinlik yaşamağımıza imkan vermirlər. Hələ ki heç bir problem yaşamamışıq.

Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik. Qarabağ bölgəsini də ziyarət etmək fürsətimiz oldu.

Suqovuşan və Köndələnçay ərazilərində çox gözəl tədbirlər təşkil olundu. Xüsusilə də yarışın açılış mərasimində çox əyləndik.

Turnirdə güclü rəqabət var. İdmançılar bir-birlərinə yaxın göstəricilərlə finiş xəttinə çatırlar. Bu yarış yığmamızın üzvləri üçün gözəl təcrübə olacaq".

Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti