“Prezident Kuboku-2025”də 15 medal qazandıq - FOTOLAR

03:40 Digər növlər 133
“Prezident Kuboku-2025”də 15 medal qazandıq - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında yarışlar başa çatıb.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi reqatanın son günündə avarçəkənlərimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Elvin Əliyev-Niyaz Məlikov cütlüyü bürünc, həmin növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanskiy-Hüseyn Həsənov cütlüyü gümüş, Vacib Babayev-Nuran Rəhimli cütlüyü isə bürünc medal əldə edib.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında Əziz Əhmədli-Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə-Tahir Mövsümov cütlüyü isə bürünc medal qazanıb.

Nurlan Paşayev və Cahangir Məmmədli 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə ikinəfərlik akademik avarçəkmə yarışında yalnız Özbəkistan təmsilçilərindən geri qalaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Beləliklə, üç gün davam edən yarışı Azərbaycan komandası ümumilikdə 1 qızıl, 7 gümüş və 7 bürünc olmaqla 15 medalla başa vurub.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara









Digər Xəbərlər
Xəbər Lenti