Ölkəmizdə fəaliyyətini dayandıran klubun himayədarı yeni prezident seçildi

2 May 14:20 Digər növlər 334
Ölkəmizdə fəaliyyətini dayandıran klubun himayədarı yeni prezident seçildi

Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.

Sportinfo.az xəbər verir ki, AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.

Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.

“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib.

Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

Z.Axundov uzun illər futbol sektorunda fəaliyyət göstərib. 2006-2016-ci illər aralığında AZAL PFK-nın himayədarı olub.

Digər Xəbərlər
Xəbər Lenti