
Avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.
Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 8 medala (3 gümüş, 5 bürünc) sahib çıxıblar.
Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.