
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının birinci yarış gününə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan turnirin ilk günündə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.
Azerbaycan idmançıları ilk yarış gününü üç bürünc medalla başa vurublar.
Komandamızın üzvlərindən Amil Ramazanov 2007-2008-ci illər təvəllüdlü birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Əlimurad Hacızadə isə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medala sahib çıxıb.
Günün sonuncu bürünc medalını isə komandamızın aktivinə Mustafa Vəlizadə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında Mustafa Vəlizadə birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə qazanıb.