"Burada daha uzun müddət qalmayacam”

21 Mart 2023 19:00 Digər növlər 423
"Burada daha uzun müddət qalmayacam”

“Fiziyev mükəmməl rəqs partnyoru idi”.

Sportinfo.az xəbər verir ki, bunu İngiltərənin paytaxtı Londonda keçirilən “UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev üzərində qələbə qazanan ABŞ təmsilçisi Castin Geyci deyib.

O, titul uğrunda mübarizəni davam etdirməkdən şad olduğunu söyləyib. Ancaq Geyci uzun müddət döyüşmək barədə düşünmədiyini də etiraf edib:

“Bu döyüşün həyəcanlı olmaması mümkün deyildi. Bundan həzz almaq üçün burada olan tamaşaçılara təşəkkür edirəm.

Titul üçün daha bir döyüşə çıxacağam. Amma burada daha uzun müddət qalmayacağam”.

3 raundluq döyüşün ardından hakimlərin qərarına əsasən, Castin Geyci qalib elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu