Azərbaycan gimnastlarından ibarət üçlük İslamiadanın gümüş medalını qazandı - FOTOLAR

15 Avqust 2022 01:30 Digər növlər 517
Azərbaycan gimnastlarından ibarət üçlük İslamiadanın gümüş medalını qazandı - FOTOLAR

V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda üçlük tərkibində çıxış edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, üçlüyün tərkibində aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri - Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov olublar.

V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM