"Qəbələ"nin Vüqarının “Rizin”də növbəti döyüşünün vaxtı

7 May 03:40 Digər növlər 977
"Qəbələ"nin Vüqarının “Rizin”də növbəti döyüşünün vaxtı

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin" turnirində növbəti döyüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" İdman Klubunun üzvü Yaponiya təmsilçisi Syuya Kimura ilə qarşılaşacaq.

Döyüş iyunun 14-də Yaponiyanın Sapporo şəhərində baş tutacaq. Təmsilçimiz qalib gələcəyi təqdirdə kəmər uğrunda döyüşmək hüququ qazanacaq.

Kərəmov "Rizin" çərçivəsində keçirdiyi 9 döyüşün 6-da qələbə qazanıb.

İdmançımızın ümumilikdə aktivində 26 qarşılaşmada 20 qalibiyyət var.

Digər Xəbərlər
Xəbər Lenti