
"Hansısa xüsusi hadisə baş verməsə, Nazim Sadıxov Bakıda keçiriləcək UFC turnirində qələbə qazanacaq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev deyib.
Xüsusi sessiyaya qoşulan 32 yaşlı idmançı əslən Azərbaycandan olan Nazim Sadıxovun yüksək səviyyəli döyüşçü olduğunu vurğulayıb.
“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək. Nazim Sadıxov isə Nikolas Motta (Braziliya) ilə üz-üzə gələcək.